RU

Budapeştdə Azərbaycan və Macarıstan XİN rəhbərlərinin görüşü keçirilir

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Budapeştdə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto arasında görüş keçirilir.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, görüş 3-cü Azərbaycan–Macarıstan Strateji Dialoq çərçivəsində baş tutur. Nazirlər ikitərəfli münasibətləri nəzərdən keçirəcək və 3-cü Strateji Tərəfdaşlıq Dialoqu ərəfəsində Azərbaycan–Macarıstan strateji tərəfdaşlığının irəlilədilməsinə sadiqliklərini bir daha təsdiqləyəcəklər.

Xatırladaq ki, Ceyhun Bayramov Macarıstanda işgüzar səfərdədir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
55
8
globalinfo.az

10Источники