RU

İndiyədək heyvandarlıq sığortası üzrə 3,2 milyon manat ödəniş həyata keçirilib

Bugünədək Aqrar Sığorta Fondu tərəfindən heyvandarlıq təsərrüfatlarında baş verən hadisələr və heyvan tələfatı ilə əlaqədar fermerlərə ümumilikdə 3,2 milyon manat sığorta ödənişi həyata keçirilib.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, heyvandarlıq təsərrüfatlarına 2021-ci ildə 118 min manat, 2022-ci ildə 671 min manat, 2023-cü ildə 910 min manat, 2024-cü ildə 1 milyon 172 min manat, 2025-ci ilin ilk 10 ayında isə 327 min manat sığorta ödənişi edilib.

Heyvandarlıq sığortası üzrə ödənişlər əsasən yoluxucu xəstəliklər, yem və otdan zəhərlənmə, vəhşi heyvanların hücumu, ilan və ya həşərat sancması və sair hallara görə ödənilib.

Избранный
12
4
vergiler.az

6Источники