RU

Gələn il "OPEC+"a daxil olmayan ölkələrdə neft hasilatı nə qədər olacaq?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) OPEC+ razılaşmasına daxil olmayan ölkələrdə bu il ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 54,15 mln. barel səviyyəsində olacağını proqnozlaşdırır. 

Banco.az bu barədə OPEC-in aylıq hesabatına istinadən xəbər verir.

OPEC-in proqnozuna görə, OPEC+ razılaşmasına daxil olmayan ölkələrdə gələn il ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 54,78 mln. barel səviyyəsində olacaq.

Qeyd edilib ki, ötən il OPEC+ razılaşmasına daxil olmayan ölkələrdə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 53,2 mln. barel olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Избранный
15
4
banco.az

5Источники