RU

“Azərbaycanda memarlıq təhsilinin dünəni, bu günü və gələcəyi” adlı beynəlxalq elmi-praktiki konfrans keçirilib (FOTO)

Bakı.Trend:

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) ali təhsilocağının 50 illik yubileyinə həsr olunmuş “Azərbaycanda memarlıqtəhsilinin dünəni, bu günü və gələcəyi” adlı beynəlxalqelmi-praktiki konfrans təşkil olunub.

Tədbirdə yerli və xarici ali təhsil müəssisələrininnümayəndələri, beynəlxalq elm-təhsil qurumlarının təmsilçiləri,memarlıq sahəsi üzrə tanınmış mütəxəssislər və universitetinprofessor-müəllim heyəti iştirak ediblər.

Konfransın açılış mərasimində çıxış edən AzMİU-nun rektoru,memarlıq doktoru, professor Gülçöhrə Məmmədova rəhbəri olduğu aliməktəbin formalaşma tarixinə geniş nəzər salıb. Professor GülçöhrəMəmmədova qeyd edib ki, Azərbaycan Memarlıq və İnşaatUniversitetinin rəsmi tarixi 1975-ci ildən hesablansa da, bu alitəhsil müəssisəsinin kökləri XX əsrin əvvəllərinə dayanır.

Onun sözlərinə görə, 1920-ci ildə Bakı Politexnik İnstitutununtərkibində yaradılmış İnşaat fakültəsi ölkəmizdə mühəndis və memarkadrlarının hazırlanması istiqamətində mühüm başlanğıc nöqtəsiolub. 1930–1934-cü illərdə fəaliyyət göstərmiş İnşaat və Memarlıqİnstitutu isə həmin dövrdə SSRİ miqyasında xüsusi çəkisi olantəhsil ocaqlarından biri kimi mühüm rol oynayıb.

Professor Gülçöhrə Məmmədova vurğulayıb ki, ötən əsrin müxtəlifmərhələlərində yenidən təşkil olunan fakültə və şöbələr bugünküAzMİU-nun təməlini formalaşdırıb. Tərkibində aparılan strukturislahatları, ixtisaslaşma prosesləri, beynəlxalq tərəfdaşlıqlarınqurulması, professor-müəllim heyətinin elmi potensialınıngücləndirilməsi universiteti regionun aparıcı memarlıq və inşaatməktəblərindən birinə çevirib.

Rektor qeyd edib ki, 50 illik yubley ərəfəsində keçirilən bukonfrans yalnız universitetin keçdiyi şərəfli yola ehtiram deyil,həm də Azərbaycanın memarlıq təhsilinin inkişaf strategiyasınınmüzakirə olunduğu mühüm elmi platformadır.

Konfransda Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü,professor Əminağa Sadıqov, Azərbaycan Memarlar İttifaqı İdarəHeyətinin sədri, professor Elbay Qasımzadə, Dövlət Şəhərsalma vəArxitektura Komitəsinin sədr müavini İlqar İsbatov çıxış edərəkölkəmizdə memarlıq təhsili sahəsində son illərdə əldə olunan mühümnailiyyətlərdən danışıblar.

Çıxışçılar bildiriblər ki, Azərbaycanda memarlıq təhsili artıqtam peşəkar mərhələyə keçid edib və beynəlxalq tələblərə uyğunşəkildə inkişaf etdirilir. Onların sözlərinə görə, bu sahədəsistemli islahatlar, müasir tədris standartlarının tətbiqi,elmi-tədqiqat mühitinin gücləndirilməsi və kadr hazırlığınınkeyfiyyətinin artırılması memarlıq ixtisasının nüfuzunu daha dayüksəldib.

Çıxışlarda Azərbaycan Memarlıq və İnşaat Universitetininmemarlıq təhsilinin formalaşmasında və inkişafında oynadığı aparıcırol xüsusi qeyd olunub. Son Ali təhsil ocağının son illərdəqazandığı uğurlar, beynəlxalq əməkdaşlıq əlaqələrinin genişlənməsi,tələbələrin yaradıcılıq və praktiki fəaliyyət imkanlarınınartırılması, eləcə də innovativ layihələrin reallaşdırılmasısahəsində əldə etdiyi nəticələr yüksək qiymətləndirilib.

Sonda vurğulanıb ki, Azərbaycanın memarlıq məktəbi qədimənənələr üzərində qurulsa da, bu gün müasir yanaşmalar, yenilənəninfrastruktur və peşəkar kadr potensialı ilə regionda nümunəvimodel kimi çıxış edir. Bu istiqamətdə AzMİU-nun fəaliyyəti ölkədəmemarlıq təhsilinin davamlı inkişafının əsasında dayanır.

Konfrans çərçivəsində Memarlıq fakültəsinin dekanı, professorZahidə Məmmədova “Azərbaycanda memarlıq təhsilinin konseptualtransformasiyası: dəyərlər, çağırışlar və perspektivlər” mövzusundageniş məruzə ilə çıxış edib. O, müasir memarlıq təhsilininqarşısında dayanan qlobal və lokal çağırışlara diqqət çəkib.

Professor qeyd edib ki, sürətlə dəyişən urbanistika mühiti,ekoloji davamlılıq məsələləri, rəqəmsal texnologiyaların memarlıqpraktikasına inteqrasiyası və beynəlxalq standartlarla uyğun tədrismodellərinin tətbiqi memarlıq təhsilinin modernizasiyasını zəruriedir.

Zahidə Məmmədovanın sözlərinə görə, Azərbaycanda memarlıqtəhsilinin yeni konseptual çərçivəsi insanmərkəzli yanaşma, davamlıinkişaf prinsipləri, innovativ memarlıq həlləri və multidissiplinaryanaşmanı əsas götürməlidir.

O vurğulayıb ki, AzMİU bu istiqamətdə mühüm addımlar atır: yenitədris proqramları hazırlanır, qabaqcıl beynəlxalq universitetlərləikili diplom layihələri genişləndirilir, tələbələrin rəqəmsaldizayn və layihələndirmə bacarıqlarını artıran müasirlaboratoriyalar yaradılır.

Konfrans çərçivəsində müxtəlif panel müzakirələr, bölməiclasları və tematik sessiyalar keçirilib. Xarici universitetlərinnümayəndələri memarlıq təhsilində innovasiyalar, şəhərsalmanınaktual problemləri və memarlıq irsinin qorunması ilə bağlıməruzələrlə çıxış ediblər.

Məruzəçilər Azərbaycan memarlıq təhsilinin gələcək inkişafistiqamətlərinin müəyyənləşdirilməsi, beynəlxalq əməkdaşlığın dahada genişləndirilməsi və tədrisin keyfiyyətinin artırılması iləbağlı bir sıra təkliflərlə çıxış ediblər.

Tədbir memarlıq sahəsində elmi fikir mübadiləsiningücləndirilməsi və yeni akademik təşəbbüslərin formalaşmasıbaxımından mühüm platforma kimi qiymətləndirilib.

“Azərbaycanda
“Azərbaycanda
“Azərbaycanda
“Azərbaycanda
“Azərbaycanda
“Azərbaycanda
“Azərbaycanda
“Azərbaycanda
“Azərbaycanda
“Azərbaycanda
“Azərbaycanda
Избранный
14
4
az.trend.az

5Источники