RU

“Real” Alonsonu istefaya GÖNDƏRMƏYƏCƏK

“Real”ın baş məşqçisi Xabi Alonso Çempionlar Liqasının 6-cı turunda “Mançester Siti”yə 1:2 hesabı ilə məğlub olduqdan sonra istefaya göndərilməyəcək.

Paralel.az xəbər verir ki , bu barədə nüfuzlu İspaniya nəşrləri AS və “Marca” məlumat verir.
Əvvəlki xəbərlərdə “Siti” ilə oyun məğubiyyətlə başa çatarsa, ispan məşqçinin istefaya göndərilə biləcəyi bildirilirdi.

Alonso yayda Madrid komandasına baş məşqçi təyin edilib. Onun rəhbərliyi altında komanda 28 oyun keçirib: 19 qələbə, 4 heç-heçə və 5 məğlubiyyət.

“Real” La Liqada “Barselona”dan dörd xal geridə qalaraq ikinci yerdədir. Çempionlar Liqasında Madrid komandası 12 xalla yeddinci pillədə qərar tutub.

Избранный
20
18
paralel.az

10Источники