RU

Dumana görə təxirə salınan “Qəbələ” – “Turan Tovuz” oyunu gələn il baş tutacaq

Bakı. Trend:

Dumana görə təxirə salınan “Qəbələ” – “Turan Tovuz” oyunu gələnil keçiriləcək.

Trend xəbərverir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

"Misli Premyer Liqasının XIV turunda qatı duman səbəbindən 24-cüdəqiqədə yarımçıq dayandırılan “Qəbələ” – “Turan Tovuz” oyunu iləbağlı Peşəkar Futbol Liqasının İdarə Heyətinin iclası keçirilib vəoyunun keçirilmə tarixi, eləcə də bununla bağlı digər məsələlərləəlaqədar müzakirələr aparılıb.

Qış fasiləsinə qədər olan, eləcə də fasilədən sonrakı ilk turuntəqvimi tam açıqlandığı, klublar fəaliyyət planını artıqmüəyyənləşdirdiyi üçün, eləcə də bununla bağlı digər məqamları vəklubların da fikrini diqqətə alaraq PFL İdarə Heyəti aşağıdakıqərarları qəbul edib:

- Əhəmiyyətli hissəsi oynanılmadan yarımçıq dayandırılmışqarşılaşma yeni oyun kimi keçirilsin;

- Oyun 2026-cı ildə baş tutsun;

- Klublar 2026-cı ildə baş tutacaq oyunda sifariş vərəqəsindəmövcud olan futbolçulardan istifadə etsinlər;

- 24-cü dəqiqədə dayandırılmış oyun üçün qüvvədə olan cəzalarMisli Premyer Liqasının növbəti oyunlarına şamil edilsin",məlumatda qeyd olunub.

Məqalədə:
Избранный
47
22
az.trend.az

10Источники