Macarıstan iki il ərzində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq.
Vətəninfo.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Siyarto bildirib. “Daha bir təbii qaz alışı müqaviləsi: bu dəfə Azərbaycanla iki il müddətinə 800 milyon kubmetr!” – o, “Facebook” səhifəsində yazıb.
10 dekabrda Azərbaycanın SOCAR və Macarıstanın MVM ONEnergy şirkətləri Macarıstana təbii qaz tədarükü ilə bağlı müqavilə imzalayıblar. Saziş 2026-cı il yanvarın 1-də qüvvəyə minəcək.