RU

Rusiya neft hasilatını gündə 10.000 barel artırıb



Rusiya 2025-ci ilin noyabr ayında neft hasilatını gündə 10.000 barel artıraraq 9,367 milyon barelə çatdırıb.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə OPEC məlumat yayıb.

Bildirilir ki, Rusiyanın noyabr ayında bütün könüllü azalmalar və artıq hasilatı kompensasiya etmək öhdəlikləri daxil olmaqla, gündə 9,532 milyon barel neft hasil etməsi gözlənilirdi, lakin həmin ay artıq hasilatı kompensasiya etmək tələb olunmurdu. Buna görə də, istehsal plandan 165.000 barel az idi.

Qeyd edək ki, Rusiyada neft hasilatı OPEC+ razılaşması ilə məhdudlaşdırılıb. 2024-cü ilin əvvəlindən 2025-ci ilin mart ayına qədər Rusiyanın könüllü məhdudiyyətlər də daxil olmaqla baza istehsal kvotası gündə 8,978 milyon barel təşkil edib. Bu rəqəmə könüllü məhdudiyyətlər zamanı artıq istehsalı kompensasiya etmək öhdəliyi daxil deyildi.

Cavid
Избранный
17
1
newscenter.az

2Источники