Misli Premyer Liqasının (MPL) 15-ci turunda "Turan Tovuz"un qonağı olacaq "Sabah"nın oyuna neçə itki ilə çıxacağı məlumdur.
Bu barədə Fanat.Az-a "bayquşlar"ın sözçüsü Elnur Həmidov məlumat verib:
"Cəzalı futbolçu yoxdur. Pavol Şafranko, Zinəddin Uld Xaled, Cesse Sekidika, Boyan Letiç və Neqoş Kupusoviç zədə səbəbindən oynamayacaqlar. Anatoli Nuriyevin durumu isə qeyri-müəyyəndir. Meydana çıxa da bilər, çıxmaya da".
"Turan Tovuz" - "Sabah" qarşılaşması dekabrın 13-də keçiriləcək. Matçın start fiti 16:30-da səsləndiriləcək. 13 oyuna 28 xal toplayan Masazır təmsilçisi MPL-in turnir cədvəlində 2-ci pillədə mövqe tutubsa, Kurban Berdiyevin çalışdırdığı Tovuz komandası 24 xalla 5-ci sıradadır.
Nihat