Bakı. Trend:
2025-ci ildə Azad Zeynalovun rəhbərlik etdiyi beynəlxalqPaleolit arxeoloji ekspedisiyası Qarabağın Xocavənd rayonundayerləşən Azıx mağarasında tədqiqat aparıb. Tədqiqatlar OrhusUniversiteti ilə 2023-cü ildə imzalanmış müqavilə əsasında həyatakeçirilib. Bu il aparılan tədqiqatların əsas məqsədi mağaradatəxminən 15 metrlik çöküntülərin stratigrafiyasını dəqiqləşdirmək;bütün təbəqələrdən müxtəlif üsullarla nümunələr götürmək vəçöküntülərin təhlili üçün biomarkerlər götürmək olub. Nəticədə,təhlil üçün 100 kiloqramdan artıq çəkidə 300-dən çox nümunəgötürülüb.
Trend xəbərverir ki, bu barədə məlumat Azərbaycan Milli Elmlər AkademiyasınınArxeologiya və Antropologiya İnstitutunun 2025-ci ilin yekunu iləbağlı hesabatında qeyd olunub.
"Azad Zeynalovun rəhbərlik etdiyi beynəlxalq ekspedisiya Tağlarmağarasında Tokio Universiteti ilə 2023-cü ildə imzalanmış müqaviləəsasında tədqiqat aparılıb. Bu ilki tədqiqatın əsas nəticəsi1968-ci ildən sonra ilk dəfə paleoantropoloji qalığın tapılmasıhesab oluna bilər. Ehtimal olunur ki, bu, yaşı təxminən 80 min ilolan neandertal insana aid qalıqdır və hazırda tapıntı Yaponiyadatəhlil olunur. Həmçinin, ilk dəfə olaraq stratigrafiya baxımındanII və III təbəqələri ayıran sərhəd dəqiqliklə müəyyən edilib,mağaranın ağız hissəsində qazılmamış, orta paleolit dövrünə aiddaha qədim təbəqələr aşkar edilib, radiokarbon və OSL analizləriüçün 20-dən artıq nümunə götürülüb.
2025-ci il avqust ayında Azıx mağarasında Azərbaycan- Almaniyabeynəlxalq akademik araşdırma heyəti də tədqiqat aparıb. Cari ildəAzıx 2 girişi ilə yanaşı əsas giriş olan Azıx 1-də II və Vtəbəqələrdə qazıntılar aparılıb, həm Azıx 2, həm də Azıx 1-dənarxeometrik və mikroskopik analizlər üçün nümunələr götürülüb.Stratiqrafik-xronoloji tədqiqatlar üçün sediment və çöküntüqatlarından OSL analizləri, paleo-ekosistem araşdırmaları üçün isəgeomorfoloji, mikromorfoloji analizlər məqsədilə nümunələrgötürülüb, Almaniya, Norveç və Danimarkaya göndərilib", - hesabatdaqeyd olunub.