Ukrayna ABŞ Prezidenti Donald Trampın yeni münaqişənin həlli planına əlavə iki saziş hazırlayıb ki, bu planda təhlükəsizlik təminatları və ölkənin yenidən qurulması məsələlərinə toxunulacaq.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Bloomberg“ məlumat yayıb.
"20 bəndlik plan müharibəni bitirmək üçün "fundamental sənəddir", - deyə Zelenski bildirib.
Ukrayna da bu plan əsasında ABŞ-nin təhlükəsizlik zəmanətlərini və gələcək yenidənqurma işlərini əhatə edən iki əlavə təklif olunan saziş hazırlayıb", - nəşr yazır.
"Bloomberg" mənbələrinin məlumatına görə, Kiyevin avropalı müttəfiqləri sülh danışıqlarının vəziyyətini və Ukrayna rəsmilərinin dekabrın 11-də gecə saatlarında Vaşinqtona göndərdiyi son plan layihəsini müzakirə edəcəklər.