RU

"3+3" görüşünün Bakı və İrəvanda keçirilməsi etimad mühitinə böyük töfhədir – ŞƏRH – ÖZƏL

""3+3" formatında görüşün Azərbaycan və ya Ermənistan ərazisində keçirilməsi, artıcıllığın təmin olunması olduqca müsbət məna daşıyır və iki ölkə arasında etimad mühitinin formalaşmasına ciddi dəstək verə biləcək məsələdir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Zeynal Əmrəliyev deyib. Siyasi ekspertin fikrincə, Azərbaycanın təklifi kifayət qədər real və əsaslı bir təklifdir. Ermənistanın bundan imtina etməsi üçün heç bir əsas yoxdur. Görünür ki, "3+3" formatında iştirak edən digər ölkələr də Azərbaycanın bu təklifini dəstəkləyiblər. Nəticə etibarilə görüşün əvvəlcə Azərbaycanda, ardınca isə Ermənistanda keçirilməsi tam məqbuldur.

Ekspert qeyd edib ki, burada əsas məsələ bu günə qədər mövcud olan qaydaların dəyişdirilməsidir. İndiyədək bu tip görüşlər nə Azərbaycanda, nə də Ermənistanda keçirilirdi. Əsasən üçüncü ölkələrdə baş tuturdu. Artıq bu qaydanın dəyişməsi vacibdir. Əgər müharibə bitibsə, sülhə doğru addımlar atılırsa və bu istiqamətdə irəliləyiş müşahidə olunursa, belə formatlı görüşlərin keçirilməsinə böyük ehtiyac var. Məsələn, Azərbaycan və Ermənistan beynəlxalq tədbirlərin birgə keçirilməsinə də müəyyən dərəcədə dəstək veriblər. Eyni zamanda, beynəlxalq müstəvidə bir-birinin mənafelərinə zidd olmayan məsələlərdə iki dövlətin qarşılıqlı dəstəyi müşahidə olunur. Bütün bunlar ümumi sülh mühitinin yaranmasına töhfə verən addımlardır.

"Düşünürəm ki, qarşılıqlı səfərlərin təşkili - Ermənistan xarici işlər nazirinin Azərbaycana səfər edib görüşdə iştirak etməsi, eyni zamanda Azərbaycan xarici işlər nazirinin Ermənistana səfəri - iki dövlət arasındakı münasibətlərin normallaşmasına, sülh prosesinin intensivləşməsinə və ən əsası, ölkələr arasında etimad mühitinin formalaşmasına çox güclü təsir göstərəcək," - deyə siyasi şərhçi sonda vurğulayıb.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
52
olaylar.az

1Источники