RU

“Le Monde”: Fransa Ukrayna qaçqınları üçün yardım proqramlarını azaldır  

Fransa hakimiyyəti büdcə məhdudiyyətləri fonunda Ukrayna qaçqınları üçün mənzil və yardım proqramlarını tədricən azaldır. Bu barədə yerli “Le Monde”  qəzeti xəbər verir.

Qəzetin məlumatına görə, büdcə vəsaitlərinə qənaət etmək zərurəti səbəbindən Fransa hökuməti Ukrayna qaçqınlarının yerləşdirilməsi üzrə milli proqramı dayandırmaq niyyətindədir. Məsələn, bir neçə ay əvvəl ukraynalı qaçqınların yaşadığı Tarn-et-Garonne departamentindəki ərazilərdən birinin idarəetmə şirkəti onların yerləşmə müddətinin başa çatdığını bildirib.

Bildirilir  ki, 2025-ci ildə Ukrayna qaçqınları üçün ayrılan mənzil fondu əvvəllər 30.000-ə çatdığı halda, indiki 8000-dən 4000-ə endirilib. 

Nazirlər Kabineti həmçinin dövlətin mənzilləri kirayəyə götürməsini və müvəqqəti olaraq ukraynalılara ödəmə qabiliyyətinə çatana və öz adlarına icarə müqaviləsi bağlaya bilənə qədər kredit verməsini nəzərdə tutan mənzil brokerlik proqramından imtina edir. Qəzet Yerləşdirmə və Mənzilə Çıxış üzrə İdarənin bəyanatından sitat gətirir: "2022-ci ildə tətbiq edilən müstəsna tədbirlər tədricən aradan qaldırılacaq". İdarənin  xüsusi büdcəsi 2024-2025-ci illər arasında 40 milyon avrodan 20 milyon avroya endirilib, dəstəklənən ailələrin sayı isə bu ilin avqust ayının sonuna qədər təxminən 25.000-dən 9.000-ə düşüb.

Qəzetin istinad etdiyi Fransa İmmiqrasiya və İnteqrasiya İdarəsinin (OFII) məlumatlarına görə, Fransada müvəqqəti qorunmadan 35.000-dən bir az çox  ukraynalı istifadə edir. Bu rəqəmlərə sığınacaq verilənlər də daxildir.2024-cü ilin sonuna qədər onların sayı 12.000-dən çox olub.

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Избранный
32
azerbaijan-news.az

1Источники