RU

10 ildir kosmosda idi - Birdən-birə yox oldu

Təxminən 10 ildir Mars orbitində atmosfer tədqiqatları aparan "Maven" kosmik gəmisi ilə rabitə kəsilib.

Publika.az xəbər verir ki,bu barədə ABŞ Milli Aeronavtika və Kosmik Administrasiyası (NASA) bəyanat yayıb.

Bildirilib ki, həftəsonu yerüstü stansiyalara məlumat göndərməyi qəfil dayandıran "Maven" Marsın arxasından keçməzdən əvvəl normal işləyib. Qırmızı Planetin arxasından yenidən görünən "Maven"dən sonradan heç bir siqnal alınmayıb.

Kosmik gəmi ilə rabitənin kəsilməsinin səbəbi araşdırılır.

Избранный
16
publika.az

1Источники