Bakı. Trend:
Azərbaycan və Malayziya mərkəzi bankları arasında əməkdaşlıqperspektivləri müzakirə edilib.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbərverir.
Belə ki, Mərkəzi Bankın sədr müavini Gülər Paşayevanın rəhbərliketdiyi nümayəndə heyəti Malayziyada işgüzar səfərdə olub.
Səfər çərçivəsində Gülər Paşayeva ilə Malayziya Mərkəzi Bankınınsədr müavini Adnan Zaylani arasında görüş keçirilib. Görüşdəəməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran digərməsələlər müzakirə olunub.
Mərkəzi Bankın nümayəndə heyəti həmçinin Malayziya Mərkəzi Bankıtərəfindən təşkil olunan “Risk dialoqu” tədbirində iştirakedib.
Tədbirdə Risklərin idarə edilməsi departamentinin direktoruMəhəmməd Məhərrəmlinin “Mərkəzi bankların risklərin idarə edilməsitəcrübələri və risk yetkinliyi” mövzusunda təqdimatla çıxışı baştutub. O, mərkəzi banklarda risk idarəçiliyinin inkişaf dinamikasıvə qabaqcıl təcrübələr barədə danışıb.