
Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Türkmənistana səfər edib.
Missiya.Az “NEWS.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Prezident Aparatı məlumat yayıb.
Bildirilib ki, səfər Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədovun dəvəti ilə baş tutub.
Bildirilib ki, o, dekabrın 11-13-də Türkmənistanın daimi neytrallığının 30-cu ildönümü ilə bağlı tədbirlərdə iştirak edəcək və burada bir sıra xarici həmkarları ilə görüşlər keçirəcək.
Daşqın HəsənovMissiya.Az