Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 6-cı turun daha bir oyunu keçiriləcək.
Fanat.Az xəbər verir ki, "Ordu" lider "Neftçi"ni qəbul edəcək.
"Neftçi" 13 xalla zirvədə qərarlaşıbsa, "hərbçilər" 8 xalla 4-cü yerdədir.
Turun Fövqəladə Hallar Nazirliyinin idman zalında dünən baş tutan ilk matçında "Murov Az Terminal"la qarşılaşan "Azərreyl" 3:2 hesablı qələbəyə sevinib.
Yüksək Liqa
6-cı tur
11 dekabr
17:00. "Ordu" - "Neftçi"
Fövqəladə Hallar Nazirliyinin idman zalı
Qeyd edək ki, 6-cı tura dekabrın 13-də yekun vurulacaq.
Kamil Xudiyev