RU

Kiyevlə Vaşinqton arasında Ukraynanın bərpası ilə bağlı danışıqlar aparılıb

ain.az bildirir, Ayna saytına əsaslanaraq.

"Biz bərpanın əsas aspektlərini, müxtəlif mexanizmləri və bərpa üçün baxışı müzakirə etdik”

Ukrayna Prezidenti Volodimir Zelenski və komandası Amerika nümayəndə heyəti - Skott Bessent, Cared Kuşner və Larri Finklə söhbət edib. AYNA.AZ xəbər verir ki, Zelenski bu barədə “Telegram” kanalında məlumat verib. Bildirib ki, söhbət “məhsuldar” olub.

Onun sözlərinə görə, bu, Ukraynanın bərpası və iqtisadi dirçəlişi ilə bağlı sənəd üzərində işləyəcək qrupun ilk iclası keçirilib: "Biz bərpanın əsas aspektlərini, müxtəlif mexanizmləri və bərpa üçün baxışı müzakirə etdik. Ukraynada düzgün yanaşma ilə nəticə verə biləcək bir çox inkişaflar var".

O həmçinin əlavə edib ki, Ukrayna tərəfi müharibənin dayandırılması üçün sənədin 20 əsas bəndinə öz baxışını hazırlayıb.

"İqtisadi təhlükəsizliyi müəyyən edəcək və biznes mühitinin təhlükəsizliyini formalaşdıracaq ümumi təhlükəsizliklə bağlı məsələlərdir. Biz həmçinin komandalar arasında təmaslar barədə razılığa gəldik. Həmişə olduğu kimi, bizim tərəfimizdən heç bir gecikmə olmayacaq. Biz nəticələrə doğru çalışırıq. Əsas işlərinə və dəstəyinə görə Prezident Trampa və komandasına təşəkkür edirik", - Zelenski əlavə edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
32
ayna.az

1Источники