RU

Macarıstan “siyasi şouda” iştirak etmək istəmir - Yanosh Boka

Macarıstan Avropa İttifaqı ölkələrinin Lvovda keçirilən Nazirlər Şurasının iclasında iştirak etmir, çünki “siyasi şouda” iştirak etmək istəmir.

“İki sahil” xəbər verir ki, bu barədə Macarıstanın Aİ məsələləri üzrə naziri Yanosh Boka sosial şəbəkə vasitəsilə yaydığı video-müraciətdə bildirib.

“Bu, Macarıstan hökumətinin iştirak etmək istəmədiyi siyasi şoudur. Macar seçicilər fikirlərini açıq şəkildə ifadə ediblər. Onlar müharibənin Avropaya daxil olmasını istəmirlər”, — deyə o, vurğulayıb.

Bundan əvvəl Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirmişdi ki, Macarıstandan böyük bir nümayəndə heyəti sanksiyaların götürülməsindən sonrakı dövrdə əməkdaşlıq məsələlərini müzakirə etmək üçün Moskvaya gedəcək.

Избранный
4
ikisahil.az

1Источники