RU

“Qarabağ”ın U-19 komandasının baş məşqçisi istefaya göndərilməyəcək

Bakı, 11 dekabr, AZƏRTAC

“Qarabağ”ın U-19 komandasının baş məşqçisi Rəşad Sadiqovla yollar ayrılmayacaq.

Bu barədə AZƏRTAC-a açıqlamasında “Qarabağ” futbol akademiyasının meneceri Nail Kərimov məlumat verib.

O, komandanın UEFA Gənclər Liqasının əsas mərhələsinin 6 oyununun hamısında məğlub olmasına baxmayaraq, baş məşqçi ilə yola davam etmək istədiklərini bildirib: “Rəşad müəllim danışacağıq. Məsələnin subyektivlik faizi azdır. Nəticələrə görə konkret olaraq kimisə günahlandırmaq olmaz. Mənfi sonluq varsa, məsuliyyəti hər kəs daşıyır. UEFA Gənclər Liqasında mübarizəyə başlamazdan əvvəl bizi nələrin gözlədiyini bilirdik. Mən özüm “Qəbələ”də işlədiyim dövrdə bu turnirlərdə iştirak etmişəm. “Qarabağ” isə sonuncu dəfə səkkiz il öncə Gənclər Liqasında mübarizə aparıb. Oyunlardan əvvəl Rəşad Sadiqovun möcüzə edəcəyi barədə fikrimiz də yox idi. Təbii ki, hesabat da verilir. Bu uğursuzluqdan sonra baş məşqçi postunda dəyişiklik etmək fikrimiz yoxdur. Bu addımı atmaq səhv olar”.

Qeyd edək ki, “Qarabağ”ın U-19 komandası UEFA Gənclər Liqasının əsas mərhələsini xalsız və sonuncu pillədə bitirib. Azərbaycan təmsilçisi 6 oyunda 30 qol buraxıb və cəmi 1 top vurub.

Избранный
29
azertag.az

1Источники