RU

“Ukraynalılar sülh və seçki istəyir” Tramp Zelenskiyə təzyiqi artırır

Azpolitika.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Onlar çox sayda insan itirirlər. Ukraynalıların 82%-i sülh müqaviləsi istəyir... Mən bunu başa düşürəm. Onlar hər həftə minlərlə insan itirirlər. Onlar bunun bitməsini istəyirlər". 

“AzPolitika” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə deyib.

Tramp Volodimir Zelenskini bu vəziyyətdə "realist olmağa" çağırıb və Ukraynanın "uzun müddətdir seçki keçirmədiyini" təkrarlayıb: "İnsanlar soruşurlar: Seçkilər nə vaxt olacaq? Ümumiyyətlə seçkilər olacaqmı? Yoxsa onlar sadəcə bu cür də davam edəcəklər?".

Ağ Ev rəhbəri həmçinin Ukraynadakı "böyük korrupsiya problemini" xatırladaraq əlavə edib ki, "müharibəyə son qoymağın vaxtıdır".

Qeyd edək ki, bundan öncə Zelenski prezident seçkilərini keçirməyə hazır olduğunu bildirərək, vəzifədən "yapışmadığını" demişdi. Eyni zamanda, o, seçki prosedurunun keçirilməsi üçün iki şərtin yerinə yetirilməli olduğunu vurğulayıb. Birincisi, Ukrayna müntəzəm olaraq Rusiya hücumlarına məruz qaldığı üçün təhlükəsizliyi təmin etmək və hərbçilərin səs verməsinə imkan verməkdir. İkincisi, hərbi vəziyyət şəraitində seçkiləri qanuniləşdirmək üçün qanunvericilikdə dəyişiklik etməkdir. Zelenski parlamentarilərə müvafiq düzəlişləri hazırlamağı tapşıracağını açıqlayıb. Onun hesablamalarına görə, bu, 60-90 gün çəkəcək. Təhlükəsizliyi təmin etmək üçün isə atəşkəs olmalı və Rusiya ən azından seçki dönəmində bu atəşkəsə riayət etməlidir. 

“AzPolitika.info” 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
14
azpolitika.info

1Источники