RU

Azərbaycanın bəzi ərazilərinə qar yağır FAKTİKİ HAVA

ain.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dekabrın 11-i saat 10:00-a olan məlumata görə, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.

Bu barədə Hurriyyet.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ölkə ərazisində yağıntılı hava şəraiti davam edib. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub dağlıq ərazilərə qar yağıb.

Bildirilib ki, yağan qar örtüyünün hündürlüyü Şahdağda 5, Qrız və Xınalıqda 4 sm-dir.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 35, Qobustanda 29, Şirvanda 22, Neftçalada 17, Sabirabadda 15, Şamaxıda 13, Cəlilabad, Biləsuvarda 11, Şabran, Lənkəranda 9, Altıağac, Astarada 7, Şahbuz, Xaçmaz, İmişli, Kürdəmirdə 6, Lerikdə 5, İsmayıllı, Ordubad, Xaltan, Qəbələdə 4, Cəbrayıl, Şəki, Yardımlıda 3, Ağstafa, Culfa, Quba, Göyçay, Zərdabda 2, Daşkəsən, Mingəçevir, Gəncə, Naxçıvan, Sədərək, Tovuz, Qax, Yevlax, Tərtər, Qusar, Beyləqan, Oğuz, Kəlbəcər, Laçın, Qubadlı və Şuşada 1 mm-dir.

Sumqayıt, Daşkəsən, Göygöl, Şəmkir, Şəki, Oğuz, Qəbələ, Şamaxı, Qrız, Göyçay, Lerik, Qobustan, Yevlax, Kürdəmir, Zərdab və Sabirabadda duman müşahidə olunub. Görünüş məsafəsi 200 metrədək məhdudlaşıb.

Share

Tweet

Email

Share

Share

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
82
29
hurriyyet.az

10Источники