RU

Paytaxtın bu küçələrində mikromobillik zolaqları təşkil edilib

Bakı.Trend:

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakışəhərində mikromobillik infrastrukturunun inkişaf etdirilməsiməqsədilə həyata keçirilən layihə çərçivəsində 43 küçə vəprospektdə 47 km-ə yaxın mikromobillik zolağı təşkil edilib.

Trend xəbərverir ki, bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki, son olaraq mikromobillik zolaqları Əbdürrəhim bəyHaqverdiyev küçəsi və İnşaatçılar prospektində yaradılıb. Növbətimərhələdə zolaqların davamlılığının təmin edilməsi və şəhərinmərkəzi küçələrində mövcud olan zolaqlarla əlaqələndirməsi nəzərdətutulur.



Görülən işlər nəticəsində müvafiq nişanlanma işləri aparılıb,təhlükəsizlik məqsədilə yol nişanları quraşdırılıb, əlçatanlığıntəmin edilməsi üçün panduslar inşa olunub.

Avtomobillərlə yarana biləcək münaqişəli nöqtələrin aradanqaldırılması üçün təhlükəsizlik sədləri təşkil edilib. Şəhərdəmövcud olan işıqfor dirəklərində velosiped bölmələri quraşdırılıb.Qeyd olunan istiqamətlərdə işlər davam etdirilir.

Həmçinin paytaxtda skuterlər üçün 650 parklanma məntəqəsi təşkiledilib. Velosipedlər üçün yaradılan 500 parklanma məntəqəsində isə900-dən artıq velosiped dayanacağı quraşdırlıb.

Əhali arasında velosipeddən və skuterlərdən istifadəyə artanmarağı, eləcə də bu nəqliyyat növünün geniş istifadəsininmikromobillik, nəqliyyat sıxlığının azaldılması, ətraf mühitinqorunması, fiziki fəallığın artırılması və sağlam həyat tərzibaxımından əhəmiyyətini nəzərə alaraq, sakinlər üçün şəhərkonsepsiyası çərçivəsində mikromobillik zolaqları şəbəkəsiningenişləndirilməsi davam etdiriləcək

Məqalədə:
Избранный
60
11
az.trend.az

10Источники