ain.az, Gununsesi portalına istinadən məlumat verir.
ABŞ prezidenti Donald Tramp narkotik qaçaqmalçılığı ilə bağlı sərt açıqlama verib.
O bildirib ki, Kolumbiyada kokain istehsalının qarşısı alınmazsa, ölkə rəhbərliyi Vaşinqtonun hədəfinə çevrilə bilər.
Tramp çıxışında Kolumbiya prezidenti Qustavo Petroya xəbərdarlıq edərək deyib:
“Onun haqqında düşünmürəm. Kolumbiya kifayət qədər narkotik istehsal edir, orada fabriklər var, kokain istehsalı ilə məşğuldurlar. Bunu da ABŞ-a göndərirlər. Buna görə də düşünsə, yaxşı olar, əks halda növbəti hədəf o olacaq”.
Trampın bu açıqlaması ABŞ-Kolumbiya münasibətlərində yeni gərginlik yarada biləcəyi ehtimalı ilə diqqət çəkib.
Günay
Gununsesi.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.