ain.az bildirir, Gununsesi portalına istinadən.
ABŞ-ın Florida ştatının Mayami şəhərində mer vəzifəsinə keçirlilən seçkilər dünya gündəminin əsas müzakirə mövzusu oldu.
Belə ki, demokrat namizəd Eylen Higgins gerçəkdən inanılmaz fərqlə qələbə qazandı. 19 faiz üstünlüklə respublikaçı rəqibini məğlub edən Eylen Higginsin bu qələbəsi ona görə sensasiyaya səbəb oldu ki, həmin şəhər Respublikaçılar Partiyasının asanlıqla qələbə qazandığı şəhər olub.
Xanım Higgins son 30 ildə Mayaminin ilk demokrat meri oldu.
Siyasi şərhçi Kamran Cəfərov Gununsesi.info-ya deyir ki, əgər respublikaçıları “qalası”nda belə ciddi məğlubiyyət yaşanırsa, deməli Trampın və respublikaçıların ölkə üzrə dəstəyi çox ciddi çat verir: “Əgər bu belə davam etsə 2026-cı ildəki Konqresə ara seçkilərdə ABŞ-ı “göy dalğa”(“göy dalğa” demokratların böyük üstünlüklə qələbəsinə deyilir) yox, “göy sunami” gözləyir”.
Kamran Cəfərovun baş verənləri prezident Trampın uğursuz siyasəti ilə əlaqləndirib: “Trampın siyasəti Respublikaçılar Partiyasını bu məğlubiyyətlərə aparır”.
Günay Mahirqızı
Gununsesi.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.