RU

Türkiyəli professor: Ermənistan Azərbaycanla münasibətləri bərpa etməklə Türkiyə ilə əlaqələri də normallaşdırmaq şansı qazanacaq

Ankara, 11 dekabr, AZƏRTAC

Ermənistan Konstitusiyasının hazırkı redaksiyasında dəyişiklik edildiyi və İrəvanın “Böyük Ermənistan” ideyası da daxil olmaqla, qonşu dövlətlərə qarşı istənilən ərazi iddialarından rəsmi olaraq imtina etdiyi halda Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılması üçün real əsas formalaşdırılacaq.

Bu fikri AZƏRTAC-a müsahibəsində Türkiyənin Hacettəpə Universitetinin beynəlxalq hüquq üzrə professoru Bahadır Bumin Özarslan səsləndirib.

Onun sözlərinə görə, İrəvanda Ermənistan Konstitusiyası ilə bağlı Bakının ədalətli tələblərinə əməl etməlidirlər. “Azərbaycanla münasibətləri bərpa etməklə, İrəvan Türkiyə-Ermənistan sərhədinin açılması da daxil olmaqla, Ankara ilə də əlaqələri normallaşdırmaq şansı qazanacaq. Bundan həm Ermənistanın özü, həm də bütün Cənubi Qafqaz faydalanacaq”, - deyə Özarslan qeyd edib.

O vurğulayıb ki, İrəvan regionda münasibətlərin normallaşdırılması üzrə səylərdən imtina etdiyi təqdirdə, Türkiyə və Azərbaycan müttəfiqlik əməkdaşlığının gücləndirilməsi kursunu davam etdirəcək, Ermənistanın sosial-iqtisadi vəziyyəti isə yalnız pisləşəcək. “Bununla da Ermənistan digər oyunçuların əlində “oyuncaq” olaraq qalacaq. Erməni xalqının qarşısında duran seçim bəllidir”, - deyə professor bildirib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Избранный
34
3
azertag.az

4Источники