RU

"Qarabağ" üç pillə gerilədi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı ən son dünya klub reytinqində Azərbaycan təmsilçilərinin mövqeləri yenilənib.

90deqiqe.Az-ın məlumatına görə, "Qarabağ" 187,5 xalla üç pillə geriləyərək 65-ci yerdən 68-ci sıraya düşüb. Bununla belə, "Sabah" və "Zirə" komandaları reytinqdə irəliləyiş əldə etməyi bacarıb. "Sabah" 87,25 xalla 276-cı mövqedən 252-ci yerə yüksəlib. "Zirə" isə 70,5 xalla 387-ci sıradan 360-cı yerə qalxıb.

Digər təmsilçimiz "Araz-Naxçıvan"ın göstəriciləri bu dəfə geriləmə ilə yadda qalıb. Komanda 57,75 xalla 390-cı yerdən 486-cı pilləyə düşüb.

IFFHS-in açıqladığı siyahıda ümumilikdə 502 klub yer alır. Reytinqə 585 xalla Fransa nəhəngi PSJ başçılıq edir.

Избранный
15
90deqiqe.az

1Источники