RU

I Liqa: Şəfa üçün çətin sınaq, Adil Şükürov debüt oyununa çıxır

Fanat portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycan I Liqasında 10-cu tur davam edir.

Fanat.Az xəbər verir ki, tur çərçivəsində bu gün daha 2 matç baş tutacaq.

Turun ikinci oyun günündə məhz iddialılar meydana çıxacaqlar. 

İlk dövrəni məğlubiyyətsiz və 23 xalla zirvədə başa vuran "Şəfa" ikinci dövrənin açılış oyununda "Zaqatala"nı qəbul edəcək. 

Çempionluğa iddialı "Səbail" isə doğma meydanda "Difai"ni sınağa çəkəcək. Bu, Adil Şükürovun "dənizçilər"in baş məşqçisi postunda debüt oyunu olacaq. Qələbə Bayıl təmsilçisinin yenidən 2-ci yerə yüksəlməsinə imkan verəcək.

Qeyd edək ki, ötən gün baş tutan görüşlərdə “Mingəçevir” “Cəbrayıl”ı (2:0), “Baku Sportinq” “Şahdağ Qusar”ı (2:1), MOİK isə “Şimal”ı (2:0) üstələyib. 

Azərbaycan I Liqası

10-cu tur

11 dekabr 

14:30. “Şəfa” – “Zaqatala”

Hakimlər: Əli Əliyev, Sənan Atayev, Samir Qaracayev, Rövşən Rəcəbov.

Hakim-inspektor: Anar Salmanov.

AFFA nümayəndəsi: Emin Cəfərov.

Binə qəsəbə stadionu.

15:00. “Səbail” – “Difai” 

Hakimlər: Alik Yunusov, Orxan İbişov, Rasim Axundov, Nazim Abdullayev.

Hakim-inspektor: Əmrah İbrahimov.

AFFA nümayəndəsi: Bəhram Qurbanov.

Bayıl. “ASCO Arena”.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
5
1
fanat.az

2Источники