RU

FAKTİKİ HAVA: Bu ərazilərə qar yağıb

ain.az bildirir, Bizim media portalına istinadən.

Dekabrın 11-i saat 10:00-a olan faktiki hava açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, ölkə ərazisində yağıntılı hava şəraiti davam edib. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub. Dağlıq ərazilərdə qar yağıb. Yağan qarın hündürlüyü Şahdağda 5, Qrız və Xınalıqda 4 santimetrdir.Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 35, Qobustanda 29, Şirvanda 22, Neftçalada 17, Sabirabadda 15, Şamaxıda 13, Cəlilabad, Biləsuvarda 11, Şabran, Lənkəranda 9, Altıağac, Astarada 7, Şahbuz, Xaçmaz, İmişli, Kürdəmirdə 6, Lerikdə 5, İsmayıllı, Ordubad, Xaltan, Qəbələdə 4, Cəbrayıl, Şəki, Yardımlıda 3, Ağstafa, Culfa, Quba, Göyçay, Zərdabda 2, Daşkəsən, Mingəçevir, Gəncə, Naxçıvan, Sədərək, Tovuz, Qax, Yevlax, Tərtər, Qusar, Beyləqan, Oğuz, Kəlbəcər, Laçın, Qubadlı və Şuşada 1 millimetrdir.Sumqayıt, Daşkəsən, Göygöl, Şəmkir, Şəki, Oğuz, Qəbələ, Şamaxı, Qrız, Göyçay, Lerik, Qobustan, Yevlax, Kürdəmir, Zərdab, Sabirabadda duman müşahidə olunub. Görünüş məsafəsi 200 metrədək məhdudlaşıb.Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
76
29
bizim.media

10Источники