RU

Bayram günlərinin müddəti açıqlandı

Azpolitika.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Sosial şəbəkələrdə və bəzi mətbuat orqanlarında 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar iş yerlərinin dəyişdiriləcəyi barədə iddialar yayılıb.

İddialara görə, 29-30 dekabr iş günlərinin yeri 27-28 dekabrla dəyişdiriləcək və bayram tətili 1 həftə olacaq.

Qeyd edək ki, iş günlərinin yerlərinin dəyişdirilməsi səlahiyyəti Nazirlər Kabinetinə məxsusdur.

Qurumdan verilən açıqlamada bildirilib ki, hazırda bu barədə hər hansı qərar yoxdur.

Xatırladaq ki, dekabr ayının 31-i və yanvar ayının 1 və 2-si qeyri-iş günüdür. Yanvar ayının 3-ü və 4-ü şənbə və bazar gününə düşdüyü üçün ard-arda 5 gün iş olmayacaq.

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
44
21
azpolitika.info

10Источники