Bakı, 11 dekabr, AZƏRTAC
Cari ilin 11 ayında Xəzər Tibb Mərkəzində 2 min 713 cərrahi əməliyyat həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, bunu Xəzər Tibb Mərkəzinin direktoru Mübariz Ağayev mərkəzə təşkil olunan mediatur zamanı deyib.
O bildirib ki, cari ilin yanvar-noyabr aylarında xəstəxanaya 230 min 724 nəfər müraciət edib. Həmin pasiyentlərə 780 min 134 xidmət göstərilib. “Xəzər Tibb Mərkəzində 485 nəfər çalışır, onlardan 91-i həkimdir. Ümumilikdə mərkəzin 140 çarpayı fondu var. Ən mühüm yeniliklərdən biri odur ki, mərkəzdə son iki ayda bronskopiya xidməti qurulub. Yaxın vaxtlarda çarpayı fondunun sayının artırılması da nəzərdə tutulur", - deyə M. Ağayev diqqətə çatdırıb.