RU

Paşinyan Hamburqdan Moskvaya yola düşəcək

Hurriyyet.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi Birliyinin Hökumətlərarası Şurasının 11-12 dekabr tarixlərində, Rusiyanın paytaxtında keçiriləcək iclasında iştirak etmək üçün Hamburqdan birbaşa Moskvaya yola düşəcək.

Ermənistan mediasının məlumatına görə, Paşinyan bunu Hamburqda, jurnalistlərlə söhbətində açıqlayıb.

Paşinyan deyib: "Mən Moskvaya gedirəm və orada Avrasiya İqtisadi Birliyinin Hökumətlərarası Şurasının iclasında iştirak edəcəyəm. Biz Avropa İttifaqı ilə münasibətləri dərinləşdiririk, digər tərəfdən isə buradan Moskvaya gedirəm. Heç bir narahatçılıq olmayacaq".

Xatırladaq ki, Paşinyan Almaniyada rəsmi səfərdə olub. Berlindəki danışıqlardan sonra o, Hamburqa gedib və orada şəhərin meri Peter Henşer ilə görüşüb.

Hürr Tərcüman

Избранный
94
1
hurriyyet.az

2Источники