RU

“Mançester Siti” səfərdə “Real”ı məğlub etdi

UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün ümumi mərhələsinin VI turu çərçivəsində “Real” klubu “Mançester Siti”ni qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə,“Santyaqo Bernabeu” stadionunda keçirilən qarşılaşma İngiltərə təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə hesab 28-ci dəqiqədə Rodriqo Qoesin qolu ilə açılıb. “Kral klubu”nun üstünlüyü uzun çəkməyib – 36-cı dəqiqədə Niko O’Rayli tarazlığı bərpa edib. 43-cü dəqiqədə isə Erlinq Holand penaltini dəqiq yerinə yetirərək qonaqlara qələbə qazandırıb.

Bu nəticədən sonra “Real” 12 xalla Çempionlar Liqasının ümumi turnir cədvəlində 7-ci pillədə qərarlaşıb. “Mançester Siti” isə 13 xalla 4-cü mövqedə yer alır.

Qeyd edək ki, Çempionlar Liqasının 2025/2026 mövsümünün final oyunu 30 may 2026-cı ildə Budapeştdəki “Puşkaş Arena” stadionunda keçiriləcək.

Избранный
37
90deqiqe.az

1Источники