RU

Azərbaycan BMT-nin iki komissiyasına üzv seçilib

Bakı. Trend:

10 dekabr 2025-ci il tarixində Nyu-York şəhərində BMT-dəkeçirilmiş seçkilərdə Azərbaycan Respublikası BMT-nin Əhali vəİnkişaf Komissiyasının (CPD) 2026-2030-cu illər üzrə və Sosialİnkişaf Komissiyasının (CsocD) 2025-2029-cu illər üzrə üzvlüyünəseçilib.

Trend xəbər verirki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Hər iki komissiya BMT-nin iqtisadi və sosial məsələləri üzrəəsas orqanı olan ECOSOC-un funksional komissiyalarıdır. Hal-hazırdaAzərbaycan BMT ECOSOC-un 2025-2027-ci illər üzrə üzvlərisırasındadır.

CPD əhali dinamikası, demoqrafik dəyişikliklər, miqrasiya vəurbanizasiya, eləcə də dayanıqlı inkişafla bağlı beynəlxalqyanaşmaların formalaşdırılmasına cavabdehdir. CsocD isə sosialsiyasət, sosial müdafiə sistemləri, həssas qrupların hüquqları vərifahın artırılması üzrə fəaliyyət göstərir.

Azərbaycanın BMT Komissiyalarında təmsil olunması ölkəmizinsosial müdafiə islahatları, dövlət xidmətlərinin innovasiyası,yoxsulluğun aradan qaldırılması və əhalinin rifahının yüksəldilməsisahəsindəki prioritetlərinin beynəlxalq müstəvidə təqdimedilməsinə, həmçinin BMT ilə əməkdaşlıq imkanlarınıngücləndirilməsinə şərait yaradacaq.

Избранный
46
21
az.trend.az

10Источники