RU

Aİ-3 ölkələri Ukrayna üçün sülh planı üzərində işləyəcək

Böyük Britaniyanın baş naziri Key Starmerin mətbuat katibinin yaydığı açıqlamaya görə, Böyük Britaniya, Almaniya və Fransa liderləri ABŞ prezidenti Donald Trampla telefon danışığından sonra Ukraynada münaqişənin həlli üçün sülh planı üzərində işi davam etdirmək barədə razılığa gəliblər.

Editor.az xəbər verir ki, məlumat Sky News-a istinadən yayılıb.

Bəyanatda vurğulanır ki, liderlər ABŞ-ın vasitəçiliyi ilə aparılan davam edən sülh danışıqları fonunda son hadisələri müzakirə edib və Ukrayna üçün ədalətli, davamlı sülhün əldə olunmasına, qan tökülməsinin dayandırılmasına yönəlmiş səyləri dəstəkləyiblər.

Starmerin sözçüsü əlavə edib ki, sülh planı ilə bağlı intensiv iş yaxın günlərdə də davam etdiriləcək.

//Gülnarə Abasova, Editor.az

Избранный
41
editor.az

1Источники