RU

Qəzalar yenə CAN ALDIVIDEO

Yolda xarab olan maşına kömək etmək istəyən sürücünün maşını dərəyə aşdı, sürücünün bacısı öldü...

Xezerxeber.az xəbər verir ki, hadisə Lerik rayonunda baş verib.

Rayonun Tikaband kənd sakini Akif Ağacanov idarə etdiyi maşını Dico kəndində yol kənarında saxlayıb və özü maşından düşüb. Bu zaman minik avtomobili qəfildən hərəkət edərək dərəyə aşıb.

Qəza nəticəsində maşında sərnişin qismində olan sürücünün bacısı - 52 yaşlı Yeganə Ağacanova hadisə yerində ölüb. Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.

Goranboyda minik maşını mikroavtobusla toqquşub.

Hadisə Goranboy-Qızılhacılı yolunun rayonun Nərimanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı avtomobillər deformasiya uğrayıb. Nəticədə 6 nəfər xəsarət alıb. Onlar Goranboy rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Baş vermiş hadisələrlə bağlı araşdırmalar aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
109
xezerxeber.az

1Источники