BAKI, 10 dekabr. TELEQRAF
San-Fransisko dairə məhkəməsi Kaliforniyanın ABŞ Milli Qvardiya qoşunlarının Los-Ancelesə göndərilməsinə qarşı iddiasını təmin edib.
Teleqraf xəbər verir ki, bu barədə !Associated Press! (AP) məlumat yayıb.
"Federal Hakim Çarlz Breyer Tramp administrasiyasına Milli Qvardiyanın Los-Ancelesdə yerləşdirilməsini dayandırmağı və bölmələrə nəzarəti Kaliforniya hakimiyyətinə qaytarmağı əmr edib", - agentliyin xəbərində deyilir.
AP-nin məlumatına görə, Breyer yekun qərarını dekabrın 15-nə qədər təxirə salıb.
Dekabrın 5-də ABŞ apellyasiya məhkəməsi Tramp administrasiyasına Milli Qvardiya qoşunlarını Vaşinqtona yerləşdirməyə icazə verib .