RU

Mikayıl Cabbarov Alessandro Puliti ilə görüşüb

ain.az xəbər verir, Ayna saytına əsaslanaraq.

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov İtaliyanın "Saipem S.p.A." şirkətinin baş icraçı direktoru və baş meneceri Alessandro Puliti ilə görüşüb. AYNA.AZ xəbər verir ki, bu barədə nazir özünün "X" hesabında paylaşım edib.

"Görüşdə şirkətlə əməkdaşlığın prioritet istiqamətləri, enerji, infrastruktur və yaşıl keçid sahələrində həyata keçirilən layihələr, birgə fəaliyyətin şaxələndirilməsi imkanları barədə fikirlərimizi bölüşdük. Regionda bərpaolunan enerji potensialının reallaşdırılmasının və mövcud resurslardan səmərəli şəkildə faydalanmağın əhəmiyyətini vurğuladıq", - deyə paylaşımda qeyd olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
42
ayna.az

1Источники