RU

Ədliyyə Akademiyasının yeni rektoru kimdir? – DOSYE (FOTO)

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Prezident İlham ƏliyevinSərəncamı ilə Rövşən Rəhim oğlu İsmayılov Ədliyyə NazirliyininƏdliyyə Akademiyasının rektoru təyin edilib.

Trend Rövşənİsmayılovun dosyesini təqdim edir:

Rövşən İsmayılov 1971-ci ildə anadan olub. 1994-cü ildə BakıDövlət Universitetini hüquqşünaslıq ixtisası üzrə fərqlənmə diplomuilə bitirib. 2000-ci ildə Odessa Milli Hüquq Akademiyasındakonstitusiya hüququ ixtisası üzrə hüquq elmləri namizədi alimlikdərəcəsi alıb. 2002-ci ildə ABŞ-ın İndiana Universitetindəelmi-təcrübə proqramı keçib. 2005-ci ildə həmin Universitetdə“Fulbright” proqramı çərçivəsində elmi-tədqiqat fəaliyyəti iləməşğul olub.

O, 1995-ci ildə Azərbaycan Respublikasının yeni Konstitusiyalayihəsini hazırlayan Komissiyasının işçi qrupunun üzvü olub.2006-2010-cu illərdə Azərbaycan Respublikası Mərkəzi SeçkiKomissiyasının üzvü, 2010-2025-ci illərdə AzərbaycanRespublikasının Konstitusiya Məhkəməsinin hakimi olub. HəmçininRövşən İsmayılov 1994-cü ildən etibarən Bakı Dövlət UniversitetininKonstitusiya hüququ kafedrasında müəllim, baş müəllim, dosentolaraq çalışıb.

Rövşən İsmayılov hüquq normalarının təhlili, onlarınkonstitusiyaya uyğunluğunun qiymətləndirilməsi, konstitusiyahüququnun müxtəlif sahələri üzrə tədris proqramlarının hazırlanmasıvə tədrisi, akademik planlaşdırma və elmi tədqiqatların aparılmasıistiqamətində zəngin təcrübəyə malikdir.

2018-ci ildə “Əməkdar hüquqşünas” fəxri adı, 2019-cu ildə“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” AzərbaycanRespublikasının yubiley medalı və 2024-cü ildə “Heydər Əliyevin 100illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı ilətəltif edilib.

Rövşən İsmayılov Azərbaycan Respublikası Prezidentinin 10 dekabr2025-ci il tarixli Sərəncamı ilə Ədliyyə Nazirliyinin ƏdliyyəAkademiyasının rektoru təyin edilib.

Məqalədə:
Избранный
70
4
az.trend.az

5Источники