RU

Prezident İlham Əliyev Donald Trampa məktub ünvanlayıb

Bakı. Trend:

Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının PrezidentiDonald Trampa məktub ünvanlayıb.

Trend xəbər verir ki,məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Səmimi məktubunuza görə Sizə dərin təşəkkürümü bildirirəm. Xoşsözlərinizi, sülh və sabitlik naminə səylərimizə dair fikirləriniziyüksək qiymətləndirirəm.

Münaqişələrin həllinə davamlı sadiqliyiniz, dialoqunirəlilədilməsində şəxsi iştirakınız və dünyanın müxtəlifbölgələrində gərginliyin azalmasına verdiyiniz töhfələr qətiinamıma görə, Nobel Sülh Mükafatı da daxil olmaqla, ən yüksəkbeynəlxalq tanınmaya tam layiqdir. Sizin qətiyyəti və məsuliyyətirəhbər tutan liderliyiniz qlobal sülhün təşviqi uğrunda əslxidmətin nümunəsidir.

Əminəm ki, davamlı dialoq və əməkdaşlıq vasitəsilətərəfdaşlığımız ölkələrimizdə və onun hüdudlarından kənarda dasülhün, təhlükəsizliyin və rifahın möhkəmlənməsinə xidmətedəcəkdir.

Məktubunuzda ifadə olunan qarşılıqlı hörmət ruhuna vədiqqətinizə görə səmimi minnətdarlığımı qəbul etməyinizi xahişedirəm".

Избранный
28
49
az.trend.az

10Источники