RU

Kreml Trampın Ukrayna ilə bağlı bu fikirlərini dəstəklədi

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ Prezidenti Donald Trampın NATO və Ukraynadakı ərazi vəziyyəti ilə bağlı açıqlamalarının Moskvanın mövqeyi ilə bir çox cəhətdən üst-üstə düşdüyünü bildirib.

KONKRET.az xəbər verir ki, rəsmi açıqlamaya görə, Kremlin mövqeyi Trampın sözləri ilə uyğundur və Rusiyanın Ukrayna ilə bağlı mövqeyini təsdiqləyir.

Peskov qeyd edib ki, bu çox vacib müsahibə və vacib bəyanatdır.

“NATO mövzusu, ərazilər məsələsi və Ukraynanın torpaqlarını itirməsi məsələsi bizim anlayışımızla eynilik təşkil edir”.

Müşviq Tofiqoğlu
KONKRET.az

Избранный
18
1
konkret.az

2Источники