RU

ADDA ilə bp Azərbaycan arasında Əməkdaşlıq Sazişi imzalandı FOTOLAR

ain.az bildirir, Demokrat.az portalına istinadən.

Bu gün Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA) ilə bp Azərbaycan arasında Əməkdaşlıq Sazişi imzalanıb.Bu barədə məlumatı Demokrat.az-a ADDA-dan veriblər.Sazişi ADDA-da rektor vəzifəsi üzrə əmək funksiyalarının icrasını müvəqqəti icra edən, Elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektor Eldar Qocayev və bp-nin Xəzər regionunda xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli imzalayıblar.Saziş, tərəflər arasında potensial birgə layihələrin həyata keçirilməsi üçün əsas prinsipləri müəyyənləşdirməklə yanaşı, Akademiyanın yüksək ixtisaslı dənizçi kadrlar hazırlamaq imkanlarını dəstəkləməyi və təhsil-sənaye əməkdaşlığını gücləndirməyi hədəfləyir.İmzalama mərasimində ADDA ilə bp arasında əməkdaşlığın gələcək istiqamətləri müzakirə edilib.Qarşılıqlı anlaşma şəraitində keçən tədbirdən sonra bp nümayəndələri Akademiyanın fəaliyyəti ilə yaxından tanış olublar.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
45
1
demokrat.az

2Источники