Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
“Son 5 il ərzində öz ixtisası üzrə fəaliyyət göstərməyən, yəni faktiki olaraq işləməyən həm ali təhsilli, həm də orta ixtisas təhsilli tibb mütəxəssisləri sertifikat almaq üçün sertifikasiya imtahanı verməlidirlər. Bu mütləq şəkildə bu qaydada həyata keçirilir”.
“Cebheinfo.az” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Nazirliyin Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin Səhiyyə mütəxəssislərinin sertifikasiya şöbəsinin müdiri Şərafət İsmayılova bildirib.
O qeyd edib ki, iş fəaliyyətində uzun müddətli fasilə verən şəxslər imtahan verməllidir:
“Bu dəyişiklik səhiyyə sistemində peşəkarlığın və keyfiyyətin artırılmasına yönəldilib. Qaydalara əsasən, iş fəaliyyətində uzun müddətli fasilə verən şəxslər yalnız imtahandan uğurla keçdikdən sonra yenidən sertifikat əldə edə biləcək. Prosess bu şəkildə aparılır”.
Gülər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.