RU

"Qarabağ" "Ayaks"a böyük hesabla uduzdu

"Qarabağ" klubunun U-19 komandası UEFA Gənclər Liqasının əsas mərhələsində sonuncu oyununa çıxıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Bakıda "Ayaks"ın (Niderland) müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələn Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv 0:8 hesabı ilə uduzub.

Əsas mərhələnin VI turunun matçı "Azərsun Arena"da keçirilib.

Qeyd edək ki, əvvəlki beş qarşılaşmanın hamısında məğlub olan U-19 turnir cədvəlinin 35-ci pilləsində qərarlaşıb.

Избранный
63
11
operativmm.az

10Источники