RU

"Ağdərə və Xocalıda “Böyük Qayıdış”ın növbəti mərhələsi- püşkatma keçirildi" - QHT sədri

Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsində Ağdərə və Xocalı rayonlarının Badara, Həsənriz, Vəngli, Şuşakənd və Ballıca kəndlərinə köçlə bağlı püşkatma keçirildi.

QHT.az xəbər verir ki, "Sağlam İnkişaf və Maarifləndirmə" İctimai Birliyinin rəhbəri, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Anar Xəlilov İctimai Şura sədri olaraq bu mərasimdə iştirak edib və Vətəninə dönən keçmiş məcburi köçkünlərimizi təbrik edib. O, İctimai Şura olaraq püşkatma mərasiminin qanuna müvafiq olaraq şəffav təşkilinə görə Komitə əməkdaşlarına öz təşəkkürünü bildirib:

"İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri Prezidentin rəhbərliyi ilə sürətlə davam edir və “Böyük Qayıdış” proqramı mərhələli şəkildə icra olunur. Köçürülmə prosesi şəffaf aparılır, püşkatma İctimai Şura üzvlərinin iştirakı ilə həyata keçirilir və haqlı şikayətlər dərhal araşdırılır. Ən çox narazılıq verilən mənzillərdə otaq sayları ilə bağlıdır və bu məsələyə yenidən baxılması təklif olunur. Məşğulluq əsas problem olaraq qalır, lakin sənaye parkları, turizm, təhsil və səhiyyə obyektlərinin istifadəyə verilməsi bu problemi tədricən aradan qaldıracaq. İctimai Şura mina təhlükəsi olmayan ərazilərdə imkanlı ailələrə torpaq ayrılmasını və fərdi ev tikintisinin təşviq olunmasını təklif edir".

 

Pərvanə Fərhadqızı

 

Избранный
39
qht.az

1Источники