"Azərbaycan Sənaye Sığorta" şirkəti 2025-ci ilin III rübünə olan dövrə dair biznes əməliyyatlarının ümumi nəticələrini açıqlayıb.
Hesabat dövründə şirkətin ümumi gəlirləri 20 milyon 968 min manat təşkil edib. Bu, 2024-cü ilin müvafiq dövrü (18 milyon 976 min manat) ilə müqayisədə 1 milyon 992 min manat (10,5%) artım deməkdir.
Əsas əməliyyat gəlirləri 24 milyon 957 min manata yüksələrək, ötən illə müqayisədə 5 milyon 527 min manat (28,5%) artıb.
İnvestisiya gəlirləri 1 milyon 574 min manat olub, 337 min manat (27,3%) artıb.
Xalis sığorta ehtiyatlarının dəyişməsi -5 milyon 924 min manat təşkil edib. Ötən illə müqayisədə 2 milyon 886 min manat (95%) artıb (mənfi göstəricinin artması) və ya təxminən 1,9 dəfə artıb.
Subroqasiya gəlirləri 315 min manata enib, 123 min manat (28,1%) azalıb.
Digər gəlirlər 46 min manat təşkil edib, 861 min manat (94,9%) və ya təxminən 19,7 dəfə azalıb.
Şirkətin ümumi xərcləri 22 milyon 499 min manata yüksəlib. Bu, 2024-cü ilin müvafiq dövrü (16 milyon 960 min manat) ilə müqayisədə 5 milyon 539 min manat (32,7%) artım deməkdir.
Əsas əməliyyat xərcləri 12 milyon 987 min manat təşkil edib, ötən illə müqayisədə 2 milyon 525 min manat (24,1%) artıb.
İşlərin aparılması xərcləri isə 9 milyon 512 min manata yüksələrək, ötən illə müqayisədə 3 milyon 203 min manat (49,3%) artıb.