Bakı. Trend:
AZCON Holding şirkətlərindən olan “Azərbaycan Hava Yolları”QSC-nin rəhbərliyi ilə Macarıstanın “Wizz Air” aviaşirkəti arasındaAzərbaycan ilə Mərkəzi və Şərqi Avropa ölkələri arasında uçuşmarşrutlarının genişləndirilməsi üzrə işçi görüşü keçirilib.
Görüşdə Bakı – Bratislava (Slovakiya) birbaşa reyslərininaçılması, habelə Buxarest (Rumıniya) və Varşava (Polşa)istiqamətlərinin marşrut şəbəkəsinə əlavə olunması məsələlərimüzakirə edilib. Tərəflər, eyni zamanda “Wizz Air” uçuşlarınınAzərbaycanın regional hava limanlarında icrası və mümkün bazalanmaimkanlarını qiymətləndiriblər. Bu yanaşma regionlarda turizmininkişafı, işgüzar mobilliyin genişləndirilməsi və beynəlxalqəlaqələrin gücləndirilməsi üçün yeni impuls yaradır.
Yaxın zamanda reyslərin icrasına başlanılması planlaşdırılır.İlk mərhələdə Bratislava, Buxarest və Varşava istiqamətlərindəreyslərin icrası nəzərdə tutulur.
“Azərbaycan Hava Yolları” QSC və "Wizz Air" aviaşirkəti yenimarşrutların açılması istiqamətində real irəliləyiş əldə edərəknövbəti mərhələləri fəal şəkildə müzakirə etməyə davam edəcək.Məqsəd sərnişinlər üçün daha geniş, rəqabətqabiliyyətli və əlçatanmarşrut şəbəkəsi yaratmaqla Azərbaycanın mülki aviasiya sektorununregional və qlobal mövqelərini daha da möhkəmləndirməkdir.