RU

“3+3” görüşü Bakıda keçirilsə... Spiker nə dedi?

ain.az bildirir, Yenisabah saytına əsaslanaraq.

Ermənistan Milli Məclisinin sədri Alen Simonyan Bakıda “3+3” formatında keçiriləcək potensial görüşdə Ermənistan nümayəndə heyətinin iştirakını istisna etməyib.

"Yeni Sabah" armenpress-ə istinadla xəbər verir ki, o bunu Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş tədbir çərçivəsində keçirilən brifinqdə Azərbaycanın belə bir görüşün Bakıda keçirilməsi təklifinə münasibət bildirərkən deyib.

“Heç bir regional formatı tərk etməyin düzgün addım olacağını düşünmürəm və Bakıda keçirilən hər hansı tədbirdə Ermənistan nümayəndə heyətinin iştirakını istisna etmirəm”, - deyə Simonyan vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
53
1
yenisabah.az

2Источники