RU

Ərdəbil vilayəti Azərbaycan vasitəsilə digər ölkələrə iqtisadi əlaqələr qura bilər - Məsud İmami Yeganə

Bakı. Trend:

İranın hazırkı hökumətinin (hazırkı hökumət avqust 2024-dəniqtidardadır-red.) və İran İslam Respublikasının Prezidenti MəsudPezeşkianın ciddi şəkildə diqqət mərkəzində saxladığıprioritetlərdən biri sərhəd vilayətlərinin qonşu ölkələrlə müxtəlifsahələrdə əlaqələrinin inkişaf etdirilməsidir.

Bunu Trend-əmüsahibəsində İranın Ərdəbil vilayətinin valisi Məsud İmami Yeganədeyib.

Onun sözlərinə görə, İranın şimal-qərbində yerləşən Ərdəbilvilayətinin Azərbaycanla 370 km uzunluğunda sərhədi olduğunu nəzərəalaraq sərhədyanı diplomatiyadan maksimum şəkildə faydalanmaqmümkündür.

“Ərdəbil vilayəti Azərbaycanla iqtisadi və ticarət əlaqələriniinkişaf etdirməklə Azərbaycan vasitəsilə Cənubi Qafqaz ölkələri,Avrasiya İqtisadi İttifaqına üzv ölkələr və Şərqi Avropa ölkələriilə iqtisadi əlaqələr qura bilər. Ötən 1 il ərzində Ərdəbilvilayəti bu çərçivədə müxtəlif ölkələrdən investorlarla əlaqələrquraraq iqtisadi inkişafı diqqət mərkəzində saxlayıb. Azərbaycanasəfər çərçivəsində müzakirələrdə son vaxtlar istifadəyə verilmişƏrdəbil Azad Ticarət və Sənaye Zonasının fəaliyyətinə xüsusi yerayrılıb. Bu zona iki ölkə arasında birgə ticarət və sənayezonasının yaradılmasına imkan yarada bilər. Bununla əlaqədar ikiölkə arasında müzakirələr aparılır”, - deyə o qeyd edib.

Избранный
53
1
az.trend.az

2Источники