RU

ABŞ-nin neft emalı üzrə mühəndislik şirkəti Azərbaycanda biznes imkanlarını araşdırır

Bakı. Trend:

“Avail Infra Group”un tərkibinə daxil olan və baş ofisi ABŞ-dəyerləşən “WSI” şirkəti Azərbaycanda biznes imkanlarınıaraşdırır.

Bunu Trend-əaçıqlamasında WSI şirkətinin Müştərilərlə İş üzrə meneceriStanislav Rıbakov bu gün Bakıda keçirilən “Asset Integrity &Corrosion and Coatings Conference” tədbiri çərçivəsində deyib.

O, əvvəlcə şirkət barəsində danışıb: "Biz əsasən neft emalızavodlarında təzyiq altında olan avadanlıqların xidmətləri vəömrünün uzadılması üzrə təmir işlərini həyata keçirir. Şirkətxüsusilə distillə kolonları, hidrokrakerlər və gecikdirilmiş kokerbloklarında xidmət göstərir".

Şirkət nümayəndəsinin sözlərinə görə, WSI hazırda Azərbaycandavə regionda biznesin inkişafı imkanlarını araşdırır və xidmətlərinhəyata keçirilməsində tərəfdaşlar axtarır.

“Biz yalnız xidmət göstəririk, məhsul tədarük etmirik. Bukonfransda iştirakımızın məqsədi bazar imkanlarını öyrənmək, yerliqaydaları başa düşmək və bazara giriş imkanlarınıqiymətləndirməkdir”, – deyə o bildirib.

Rıbakov əlavə edib ki, WSI dünya üzrə geniş fəaliyyət göstərirvə hazırda ABŞ, Avropa, Yaxın Şərq, Afrika, Sinqapur və Tayvan dadaxil olmaqla bir çox ölkələrdə işləyir. O qeyd edib ki, şirkətXəzər regionu bazarını daha yaxından öyrənərək yeni imkanlarıaraşdırmaq niyyətindədir.

Məqalədə:
Избранный
31
az.trend.az

1Источники